Həsən Ruhani: İran və Azərbaycan ötən 25 il ərzində əlaqələrin genişləndirilməsi sahəsində böyük addımlar atıblar

Həsən Ruhani: İran və Azərbaycan ötən 25 il ərzində əlaqələrin genişləndirilməsi sahəsində böyük addımlar atıblar
17:01 16 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Zati-aliləri. İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə göndərdiyiniz təbrik məktubu mənə çatdırılmış və minnətdarlıqla qarşılanmışdır.

Mən də öz növbəmdə ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 25-ci ildönümü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik edirəm.

İki dost və qardaş ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası ötən 25 il ərzində birgə mənafeyimiz uğrunda və qarşılıqlı hörmət əsasında əlaqələrimizin genişləndirilməsi sahəsində böyük addımlar atmışlar. Əmin olduğumu bildirirəm ki, xalqlarımızın ortaq maraqlarının olduğunu nəzərə alaraq, artan səylərimiz nəticəsində ölkələrimiz arasındakı gözəl qonşuluq münasibətləri ikitərəfli, regional və beynəlxalq səviyyələrdə maraqlarımızın təmin olunması istiqamətində daha da dərinləşəcəkdir.

Bu fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının dövlətinə və xalqına isə rifah və başucalığı arzulayıram".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2767404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR