Azərbaycan həndbol millisi Ermənistan yığmasını böyük hesabla məğlub edib

Azərbaycan həndbol millisi Ermənistan yığmasını böyük hesabla məğlub edib
17:02 16 İyun 2017
44 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Kişi həndbolçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstanda Avropanın zəif ölkələri arasında keçirilən "Challenge Trophy" turnirində 9 - 16-cı yerlər uğrunda ilk görüşə çıxıb. "Report"un məlumatına görə, rəqib Ermənistan yığması olub.
Görüş Hikmət Abdullayevin baş məşqçi olduğu komandanın aşkar üstünlüyü şəraitində keçib. İlk yarıdan 21:7 hesablı üstünlüklə ayrılan Azərbaycan millisi yekunda 18 top fərqi ilə qələbə qazanıb - 39:21. Qalib komandadan ən yaxşı oyunçu adına Maksim Butenko layiq görülüb.
Qeyd edək ki, Azərbaycan millisi daha 2 rəqiblə görüşdən qalib ayrılsa, turniri 9-cu yerdə başa vuracaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-hendbol-millisi-ermenistan-yigmasini-boyuk-hesabla-meglub-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR