Rus tankları Ermənistanı QORXUYA SALDI: düşmənin sahələri MƏHV EDİLDİ

Rus tankları Ermənistanı QORXUYA SALDI: düşmənin sahələri MƏHV EDİLDİ
17:03 16 İyun 2017
56 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının tankları Marmaşen Şiraksko kəndinin əkin sahələrini məhv edib.

Publika.az
xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamank” qəzeti yazıb.

Kənd sakinləri qəzetə bildiriblər ki, “rusların tankları və yük maşınları hər şeyi məhv edir, əkin sahələrini əzir”.

Onların sözlərinə görə, Ermənistan torpaqları rusların işğalı altındadır: “Tanklar istədikləri vaxt əkin sahələrinə girib-çıxırlar. Hətta təlimlər zamanı tankların poliqona getməsi üçün asfalt yol çəkilib, lakin onlar yanacağa qənaət etmək üçün əkin sahələrinin içindən qısa yolla gedirlər”.

Qəzet yazıb ki, 102-ci bazadakı rus əsgərlərin son təlimi zamanı 12 kvadrat kilometr əkin sahəsinə ciddi ziyan dəyib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR