Azərbaycanda 7,8 mlrd. kubmetr əmtəəlik qaz hasil edilib

Azərbaycanda 7,8 mlrd. kubmetr əmtəəlik qaz hasil edilib
17:12 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 15,934 mln. ton xam neft hasil edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 15 914,5 min tonu əmtəəlik xam neft olub.
Bun ilin 5 ayında ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 9,2% azalıb.
Yanvar-may ayları ərzində Azərbaycanda 11 710,2 mln. kubmetr qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövründən 5,9% azdır.
Bu dövrdə hasil olunan təbii qazın 7,822 mlrd. kubmetri əmtəəlik qaz olub.Əmtəəlik təbii qazın həcmi ötən ilin müvafiq dövrünün səviyyəsində qalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/azerbaycanda-7-8-mlrd-kubmetr-emteelik-qaz-hasil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR