Alman ekspert: Ermənilərin məntiqi ilə yanaşsaq, gərək dünyada 3 mindən çox dövlət olsun

Alman ekspert: Ermənilərin məntiqi ilə yanaşsaq, gərək dünyada 3 mindən çox dövlət olsun
17:15 16 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Yelena Kosolapova - Trend:

BMT beynəlxalq hüquqa əməl etməyən və bu beynəlxalq təşkilatın qərarlarını yerinə yetirməyən ölkələrə təzyiq göstərməlidir.

Trend-in məlumatına görə, bunu Bakıda Almaniyanın Bohum Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans Yoahim Hayns Ermənistan tərəfindən uzun illərdir BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsinə münasibət bildirərkən deyib.

Professor qeyd edib ki, Dağlıq Qarabağ ermənilərinin müstəqil dövlət elan etmək və öz müqəddəratlarını təyin etmək hüququ yoxdur:

"Çünki onlar Azərbaycanda milli azlıqdırlar. Belə məsələləri isə bütün ölkə əhalisi həll etməlidir. Əgər məsələyə ermənilərin məntiqi ilə yanaşsaq, gərək dünyada 3 mindən çox dövlət olsun. Bu isə beynəlxalq münasibətlər sisteminin sonu deməkdir".

O bildirib ki, Dağlıq Qarabağ ərazisində qeyri-qanuni rejim Ermənistanın müdaxiləsi nəticəsində yaranıb:

"Mən həmişə ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ məsələsində həm öz müqəddəratını təyin etmə hüququ, həm də Azərbaycanın ərazi bütövlüyü prinsipini yanaşı xatırlatdığına görə tənqid edirəm".

Ekspert deyib ki, xarici oyunçular status-kvonun saxlanmasında maraqlıdırlar: "Buna görə də münaqişə tərəfləri, o cümlədən vətəndaş cəmiyyəti səviyyəsində bir-biri ilə birbaşa danışıqlar aparmalıdırlar".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2767358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR