Tramp: “Bunu heç kim sübut edə bilmədi, kədərlidir”

Tramp: “Bunu heç kim sübut edə bilmədi, kədərlidir”
17:23 16 İyun 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya ilə güman edilən əlaqələrimlə bağlı aparılan 7 aylıq araşdırmaların gedişatında heç kəs heç bir sübut təqdim edə bilməyib”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Yeddi ay Konqresin komitəsində aparılan apaşdırmalar və dinləmələrdə mənim “ruslarla gizli sözləşməm” haqqında heç kəs heç bir sübut təqdim edə bilməyib. Kədərlidir!”, - dövlət başçısı qeyd edib.

Hazırda ABŞ Konqresində Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi haqqında müstəqil araşdırma gedir. Analoji araşdırmanı həmçinin Federal Təhqiqatlar Bürosu (FTB) aparır. Konqresdə “Rusiya müdaxiləsi” üzrə bir sıra dinləmələr keçirilib. Amma dinləmələrdə iştirak etmiş kəşfiyyatçılar informasiyanın məxfiliyinə istinad edərək hər hansı sübutlar təqdim etməyiblər.

Amma Amerika KİV-ində bir qayda olaraq, adsız mənbələrə istinadən Rusiya məmurları və biznesmenin Trampın seçkiqabağı qərargahının üzvləri ilə əlaqələri haqqında xəbərlər çıxır. Rusiya isə bu ittihamları dəfələrlə rədd edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR