Azərbaycanda 50 minə yaxın körpə doğulub

Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 46996 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 təşkil edib.

Doğulan körpələrin 52,8 faizi oğlan, 47,2 faizi isə qız uşaqlarından ibarət olub.

Körpələrdən 836-sı əkiz, 18-i üçəm doğulanlardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR