150 ölkəyə hücumun arxasından Koreya çıxdı

150 ölkəyə hücumun arxasından Koreya çıxdı
17:37 16 İyun 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

"VannaKray" virusu vasitəsilə təşkil edilən qlobal kiberhücumun arxasında Şimali Koreya hakerləri dayanır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı BBC televiziyası Britaniyanın Kibertəhlükəsizlik üzrə Milli Mərkəzindəki mənbəsinə istinadən yayıb. Televiziya qlobal kiberhücumu təşkil edən haker qrupunun adının "Lazarus" olduğunu bildirib.

Bu qrupun həmçinin beynəlxalq banklara və Banqladeşin Mərkəzi Bankına hücumda da iştirak edə biləcəyini iddia edilir.

Qeyd edək ki, qlobal kiberhücum may ayında olub. Məhz bu tarixdə naməlum hakerlər "VannaKray" virusunu 150 ölkədəki kompüterlərə bulaşdırmağa başlayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/554999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR