Yekaterinburqda 20 ildir axtarışda olan azərbaycanlı saxlanılıb

Yekaterinburqda 20 ildir axtarışda olan azərbaycanlı saxlanılıb
17:37 16 İyun 2017
44 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiya polisi Yekaterinburqun "Koltsovo" hava limanında 20 ildir federal axtarışda olan azərbaycanlını saxlayıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Urals federal dairəsi üzrə Nəqliyyatı idarəetmə şöbəsinin mətbuat xidmətindən məlumat verilib.
Nəqliyyat polisi Yekaterinburqdan Bakıya uçmağa çalışarkən saxlanılan azərbaycanlının qətl törətdiyinə görə Stavropol diyarının polisi tərəfindən axtarışda olduğunu müəyyənləşdirib.
Hazırda saxlanılan şəxs Yekaterinburqda müvəqqəti saxlanc təcridxanasındadır. Onun axtarışın təşəbbüskarı olan orqana verilməsi məsələsi həll edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yekaterinburqda-20-ildir-axtarisda-olan-azerbaycanli-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR