Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus aşıb, 10 nəfər yaralanıb

Rusiyada Azərbaycan vətəndaşları olan mikroavtobus aşıb, 10 nəfər yaralanıb
17:42 16 İyun 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Kalmıkiyanın Çernozemel rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun aşması nəticəsində 7-si uşaq olmaqla 10 nəfər xəsarət alıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kalmıkiya Respublikası fövqəladə xidmət idarəsi məlumat yayıb.
Avtomobil Nijni Novoqoroddan Bakıya doğru hərəkət edirmiş.
Yaralılar Komsomolsk rayon xəstəxanasına yerləşdirilib. Mikroavtobusdakı Azərbaycan vətəndaşlarının sayı 10-dan çox olub.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyada-azerbaycan-vetendaslari-olan-mikroavtobus-asib-10-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR