Azərbaycan iqtisadiyyatı 1% geriləyib

Azərbaycan iqtisadiyyatı 1% geriləyib
17:42 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında Azərbaycanda 25 338,7 mln. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% azdır.
Hesabat dövründə adambaşına düşən ÜDM isə 2% azalaraq 2 610,3 manata düşüb.
5 ay ərzində ölkədə istehsal olunmuş əmtəə və xidmətlərin 41,1%-i və yaxud 14 918,5 mln. manatı qeyri-neft sektorunun, o cümlədən 14,4%-i və yaxud 3 638,4 mln. manatı qeyri-neft sənayesinin payına düşüb.
Son bir ildə qeyri-neft sektorunda ÜDM 2,3%, qeyri-neft sənayesində ÜDM isə 3,9% artıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-iqtisadiyyati-1-gerileyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR