Rusiyada Azərbaycan vətəndaşlarının olduğu avtobus aşıb: 10 yaralı

Rusiyada Azərbaycan vətəndaşlarının olduğu avtobus aşıb: 10 yaralı
17:43 16 İyun 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobus aşıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Nijni Novoqoroddan Bakıya gələn avtobusda 10-dan çox Azərbaycan vətəndaşı olub.

Qəzanın səbəbləri müəyyənləşdirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2767434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR