Rusiyada içərisində Azərbaycan vətəndaşları olan mikroavtobus aşıb, 10 nəfər yaralanıb

Rusiyada içərisində Azərbaycan vətəndaşları olan mikroavtobus aşıb, 10 nəfər yaralanıb
17:47 16 İyun 2017
24 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Kalmıkiyanın Çernozemel rayonunda içərisində Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun aşması nəticəsində 7-si uşaq olmaqla 10 nəfər xəsarət alıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kalmıkiya Respublikası fövqəladə xidmət idarəsi məlumat yayıb.
Avtomobil Nijni Novoqoroddan Bakıya doğru hərəkət edirmiş.
Yaralılar Komsomolsk rayon xəstəxanasına yerləşdirilib. Mikroavtobusdakı Azərbaycan vətəndaşlarının sayı 10-dan çox olub.
Hadisənin təfərrüatı araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/rusiyada-icerisinde-azerbaycan-vetendaslari-olan-mikroavtobus-asib-10-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR