“Formula 1"in iştirakçılarına 2 xəstəxanada tibbi yardım göstəriləcək

“Formula 1"in iştirakçılarına 2 xəstəxanada tibbi yardım göstəriləcək
17:50 16 İyun 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

“Formula 1 Azərbaycan Qran Prisi” yarışının iştirakçılarına və qonaqlara Mərkəzi Neftçilər Xəstəxanası və Bakı şəhər Kliniki Tibbi Mərkəzində tibbi xidmət göstəriləcək.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Oqtay Şirəliyev 23-25 iyun “Formula 1 Azərbaycan Qran Prisi” yarışının keçirilməsi ilə bağlı tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə əmr imzalayıb.

Əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə yarışın keçiriləcəyi ərazilərdə təcili tibbi yardım xidmətinin növbətçiliyini, yarışın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda idmançıların və qonaqların müvafiq olaraq Mərkəzi Neftçilər Xəstəxanasına və Bakı şəhər Kliniki Tibbi Mərkəzə yerləşdirilməsini təmin etmək, habelə, tibb müəssisə və idarələrinin rəhbərlərinə tədbir iştirakçılarının və qonaqların müraciəti zamanı onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilib.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssisələrində sanitariya–gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2767439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR