​Xarici işlər naziri baş katiblə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Martin Çunqonq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Nazir Elmar Məmmədyarov bu səfərin ikitərəfli əlaqələrə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Görüşdə Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığı qeyd edildi və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulayıb.

Nazir Elmar Məmmədyarov belə səfərlərin, xüsusən intensiv görüşlərin və fikir mübadiləsinin aparılmasının daha sıx əməkdaşlıq üçün əhəmiyyətli vasitə olduğunu deyib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR