"Report"un məlumatına görə, T.Yaşina braziliyalı futbol kralı ilə 1958-ci ildən tanış olduğunu bildirib. O, buraxılış vəsiqəsini Pele ilə bu gün Moskvada baş tutan görüşündə təqdim edib.
Qeyd edək ki, "Dinamo" stadionu 1928-ci ildə mərkəzi arena kimi inşa olunub. Sonradan 3 dəfə yenidən qurulan stadionda sonuncu oyun 2008-ci ildə keçirilib. Hazırda təmirdə olan arena 2018-ci il dünya çempionatında komandalardan birinin bazası ola bilər. Burada ilk oyunun oktyabrın 22-də - Lev Yaşinin ad günündə keçiriləcəyi bildirilir.