10 min suriyalı Türkiyəni tərk edir - VİDEO

10 min suriyalı Türkiyəni tərk edir - VİDEO
18:08 16 İyun 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyalıların Türkiyədən öz ölkələrinə axını davam edir.

Publika.az xəbər verir ki, Ramazan bayramı münasibətilə suriaylılara öz ölkələrinə getməyə icazə verilib. 4 gün ərzində Öncüpınar sərhəd qapısından ölkələrinə keçən suriyalıların sayı 10 min nəfəri keçib. Bayramı ölkələrində keçirəcək suriyalılar 14 iyul tarixinə qədər yenidən Türkiyəyə qayıdacaq.

Çoxsayda suriyalının sərhəd xəttindən keçməsi səbəbindən sərhəd qapılarında izdiham müşahidə olunub. Sərhəddə uzunluğu təxminən 1.5 kilometrə yaxın növbə var. Pasport və ya müvəqqəti oturum kağızı qaydasında olan suriyalılara öz ölkələrinə keçməyə icazə verilir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR