Qəzaya uğrayan mikroavtobusla bağlı Bakı Avtovağzalından AÇIQLAMA

Qəzaya uğrayan mikroavtobusla bağlı Bakı Avtovağzalından AÇIQLAMA
18:37 16 İyun 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda aşan, içərisində Azərbaycan vətəndaşlarının olduğu bildirilən avtobus Bakı-Nijni Novqorod marşrutu üzrə hərəkət edən marşrut avtobusu deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, Nijni Novqoroddan gələn sərnişin avtobusu iyunun 16-da səhər saatlarında Bakıya çatıb və marşrutda heç bir hadisə baş verməyib: "Biz dəqiqləşdirdik, belə sərnişin avtobusumuz yoxdur. Əgər qəzaya uğrayan mikroavtobusdursa, ola bilsin, marşrutdan kənar sərnişin daşıyır. Bakıdan Nijni Novqoroda mikroavtobus sərnişin daşımır".

Xatırladaq ki, RİA Novosti İnformasiya Agentliyinin məlumatına görə, Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu bildirilən mikroavtobus aşıb, hadisə nəticəsində 10 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555038.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR