Bu ölkədə prezident homoseksualı baş nazir təyin etdi

Bu ölkədə prezident homoseksualı baş nazir təyin etdi
18:43 16 İyun 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Serbiya prezidenti Aleksandr Vuçiç Baş nazir vəzifəsinə Ana Brnabiçi təyin edib. Brnabiç ölkə tarixində ilk qadın və ilk homoseksual baş nazirdir sayılır.

Mühafizəkar ölkə olan Serbiyada baş nazirin təyinatı həm də parlament tərəfindən təsdiqlənməlidir. Parlamentdə Birləşmiş Serbiya partiyasının lideri Draqan Markovic Palma "O, mənim baş nazirim deyil" açıqlama versə də, prezident Vuçiçin partiyası müttəfiqlərylə birlikdə parlamentdə yer çoxluğuna malik olduğu üçün bu mövzuda hər hansı problem yaşanacağı gözlənilmir.

Bir neçə il əvvəl Serbiyada belə bir təyinat təsəvvür belə edilə bilməzdi. Lakin Avropa İttifaqına qoşulmaq istəyən ölkə bu addımı tolerantlıq və humanizmin dəlili kimi təqdim etmək istəyir.

Bununla da Brnabiç İrlandiya Baş naziri Leo Varadkar və Lüksemburq Baş naziri Xavier Betteldən sonra Avropada növbəti homoseksual baş nazir olacaq.

Amin


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR