Dillər Universitetinə publik hüquqi şəxs statusu veriləcək - SƏRƏNCAM

Dillər Universitetinə publik hüquqi şəxs statusu veriləcək - SƏRƏNCAM
18:53 16 İyun 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dillər Universitetinin yenidən təşkili haqqında sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, Azərbaycan Dillər Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dillər Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib.

Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.

Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Dillər Universiteti öz fəaliyyətini davam etdirəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/202850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR