Rafetin Bakı konserti təxirə düşdü - AÇIQLAMA

Rafetin Bakı konserti təxirə düşdü - AÇIQLAMA
19:32 16 İyun 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Rafet El Romanın bu gün keçirilməsi planlaşdırılan Bakı konserti təxirə düşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  bu haqda ifaçı bunları deyib:

"Təşkilatçılıq işləri ilə əlaqədar bu gün Bakı konsertində ola bilməyəcəm. Bu işdə mənim və yaradıcı heyətimin heç bir günahı yoxdur. İnşallah, ən yaxın zamanda başqa konsertdə görüşəcəyik".

Gecənin təşkilatçısı Nahid Emiloğlu isə konsertin başqa vaxta salındığını söyləyib. O bildirib ki, yaxın günlərdə yeni tarix açıqlanacaq:

"Bu konsert üçün alınan biletlər növbəti tədbirdə keçərli olacaq. Heç kim bundan narahat olmasın".

Qeyd edək ki, Rafetin konserti "Elite Events hall"da baş tutacaqdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/555044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR