Sumqayıtda yataqxanada yanğın: 25 nəfər təxliyə olundu

Sumqayıtda yataqxanada yanğın: 25 nəfər təxliyə olundu
19:39 16 İyun 2017
36 Digər
Ölkə mətbuatı
A- A+

 

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsinin ümumi dəhlizində yerləşən sahəsi 30 m2 olan mətbəxin yanar konstruksiyaları yanıb.

 

Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 60 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən xilas edilib və 25 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub. Dəhlizin qalan hissəsi və bina yanğından mühafızə olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR