11 azərbaycanlının xəsarət aldığı qəzanın səbəbi bilindi -

Kalmıkiyada aşan mikroavtobusun sürücü tibbi müayinədən keçirilib və onun qanında alkoqol aşkarlanmayıb.

Metbuat.az bildirir ki, bu barədə Kalmıkiya Daxili işlər nazirliyinin nümayəndəsi məlumat yayıb. Onun dediklərinə görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub.

Xəsarət alan 11 nəfər azərbaycanlıdan biri hələ də həkimlərin nəzarətindədir. Digər sərnişinlər yüngül xəsarət alıblar.

***

19:46

Kalmıkiyada mikroavtobusun qəzaya uğraması nəticəsində zərər çəkənlərin hamısı Azərbaycan vətəndaşlarıdır.

Metbuat.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi məlumat yayıb.

"Mikroavtobusun aşması nəticəsində 7-si uşaq olmaqla, 11 nəfər xəsarət alıb. Onlar Komsomolski qəsəbəsində yerləşən xəstəxanaya yerləşdiriliblər. Mikroavtobusda 9-u uşaq olmaqla, ümumilikdə 17 nəfər olub. Onların hamısı Azərbaycan vətəndaşlarıdır. Sərnişinlər Nijni Novqorod-Bakı marşrutu üzrə hərəkət edirmişlər", - deyə Regional Mərkəzdən bildirilib.

Hadisə baş verən ərazidə avtomobillərin hərəkətində heç bir maneə yaranmayıb. Yanğın təhlükəsi yoxdur.

Qeyd edək ki, Nijnı Novqoroddan Bakıya gələn mikroavtobus Kalmıkiyanın Çernozemelski rayonu ərazisində aşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR