Bərdədə daş salnamə aşkar edilib

Bərdədə daş salnamə aşkar edilib
19:57 16 İyun 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 16 iyun. REPORT.AZ/ Bərdə rayonunda daş salnamə aşkar edilib. 
“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, yazılı abidə rayonun Soğanverdilər kəndindəki əkin sahəsində subartezan quyusunun yaxınlığında tapılıb. 
Hər iki üzərində müxtəlif işarələr və rəqəmlərin əks olunduğu daş salnamənin 2500 ilə yaxın yaşı olduğu güman edilir. 
Artıq maddi mədəniyyət nümunəsi araşdırılmaq məqsədilə Bərdə Tarix və Diyarşünaslıq Muzeyinə gətirilib.
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri İlyas Hacıyev “Report”un yerli bürosuna bildirib ki, qədim daşın üzərindəki işarələrin oxunması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət edilib. 
Qeyd edək ki, daşın çəkisi təqribən 500 kiloqrama yaxındır.  





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-das-salname-askar-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR