Şəhid bulağına qoyulan sayğac götürüldü - VİDEO - FOTO

Şəhid bulağına qoyulan sayğac götürüldü - VİDEO - FOTO
20:12 16 İyun 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəhid bulağına quraşdırılan sayğac, sakinlər tərəfindən narazılıqla qarşılanmışdı. 

Milli.Az bildiirir ki, ARB TV-nin çəkiliş qrupunun məsələylə bağlı etdiyi reportaj artıq öz müsbət nəticəsini verib.

Mingəçevir şəhərindəki 6 şəhidin adını daşıyan bulaqda smartkart tipli sayğaclar sökülüb.

Arzu Mustafayeva - Şəhidin həyat yoldaşı: "Kanal bizim bulağı gəlib çəkəndən sonra 24 saat ərzində gəlib sayğacı sökdülər. Təşəkkürümü bildirirəm".

Şamaxı Novruzova - Sakin: "Çox sağolun. Allah köməyinizdə dursun. Siz ki şəhidlərin arxasında durmusuz, Allah da sizin arxanızda dursun".

Mustafa Kərimov - Mingəçevir şəhər su kanal idarəsinin rəisi: "Ancaq suyun hesabının aparılması məqsədilə digər mexaniki sayğac quraşdırılıb və ödənişini "Azərsu" ASC öz üzərinə götürüb.

Sayğacların pulunu ödəməkdən azad olan sakinlər israfa yol verməmək üçün bulaqlara özlərinin nəzarət edəcəklərini deyirlər.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Şəhid bulağına qoyulan sayğac götürüldü - FOTO


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR