Azərbaycanda əhali gəlirlərinin 2%-ni kreditlər üzrə faizlərin ödənilməsinə xərcləyib

Azərbaycanda əhali gəlirlərinin 2%-ni kreditlər üzrə faizlərin ödənilməsinə xərcləyib
20:32 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3% artaraq 18 613,9 mln. manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1 917,5 manat təşkil edib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu dövr ərzində gəlirlərin 86,7%-i və ya 16 138,3 mln. manat manat son istehlak xərclərinə, 8,5%-i və ya 1 582, 2 mln. manat manat vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,0%-i və ya 372, 3 mln. manat kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 2,8 %-i və ya 521, 2 mln. manatı isə yığıma yönəldilib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 17 025,0 mln. manatlıq vəsait qalıb.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə əhali gəlirlərinin 2,8% və ya 490,3 mln. manatı kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/zerbaycanda-ehali-gelirlerinin-372-mln-manatini-kreditler-uzre-faizlerin-odenilmesine-xercleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR