“2050-ci ilə kimi...” - Ukrayna barədə DƏHŞƏTLİ PROQNOZ

“2050-ci ilə kimi...” - Ukrayna barədə DƏHŞƏTLİ PROQNOZ
20:38 16 İyun 2017
96 Dünya
Ölkə mətbuatı
A- A+

2050-ci ilə kimi Ukraynanın əhalisinin sayı 30 milyona qədər azala bilər.

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, belə proqnozla ölkənin Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutu çıxış edib.

Demoqraf Lidiya Tkaçenkonun fikrincə, ölkədə depopulyasiya üzrə müşahidə olunan tendensiyanın öhdəsindən gəlmək artıq praktik olaraq mümkün deyil.

“Depopulyasiya əhalinin yalnız azalması deyil. Bu vaxt ölənlərin sayı müəyyən edilmiş təqvim dövründə doğulanların sayını ötür”, - ekspert bildirib.

Onun sözlərinə görə, 2016-cı ildə ölkədə doğulan və ölən sakinlərin sayı arasında fərq 187 min insan təşkil edib. Rəsmi statistikanın məlumatına görə, 25 illik müstəqillik dövründə Ukraynanın əhalisi 9 milyon azalıb. Hazırda ölkədə təxminən 42 milyon insan yaşayır.

2016-cı ildə açıqlanan məlumata görə, 2015-ci ildə ölkə sakinlərinin sayı demək olar ki, 200 min azaldı. Həmin vaxt Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunda proqnozlaşdırırdılar ki, 2050-ci ilə kimi əhalinin sayı 35 milyon insana qədər azala bilər.

2016-cı ilin fevral ayında isə “Bloomberg” agentliyi Ukraynanı “dünyanın ən bədbəxt iqtisadiyyatı”na malik ölkələrin ilk beşliyinə daxil edib. Bədbəxtliyin indeksi inflyasiya və işsizlik göstəriciləri ilə müəyyən edilmişdi.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR