Kalmıkiyada qəzaya düşən azərbaycanlıların kimliyi məlum olub - SİYAHI

Kalmıkiyada qəzaya düşən azərbaycanlıların kimliyi məlum olub - SİYAHI
21:27 16 İyun 2017
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu mikroavtobusun aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

Milli.Az bildirir ki, Kalmıkiyanın Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, xəsarət alan 11 nəfərin, o cümlədən 7 uşağın vəziyyəti stabil ağır qiymətləndirilir.

Qurum rəsmisinin sözlərinə görə, xəsarət alanlardan bir neçəsi ilkin tibbi yardımdan sonra özlərini normal hiss edirlər və xəstəxanadan çıxmaq istədiklərini bildiriblər.

Eyni zamanda qeyd edilir ki, həkimlər xəsarət alanlardan bəzilərinin müalicə üçün Kalmıkiyanın paytaxtı Elistaya göndərilməsi üçün hazırda konsilium keçirirlər.

FHN rəsmisi bildirib ki, qəzanın baş vermə səbəbi araşdırılır.

Xatırladaq ki, RİA Novosti İnformasiya Agentliyinin məlumatına görə, Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu bildirilən mikroavtobus aşıb, hadisə nəticəsində 11 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/555066.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR