Biləsuvarda mənzildə baş verən yanğında bir azyaşlı xəsarət alıb

Biləsuvar şəhərində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 62 m2 sahədə və dam örtüyü 60 m2 sahədə yanıb.

FHN-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, yanğın zamanı 1 azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR