"Fənərbağça"nın yeni baş məşqçisi məlum olub

"Fənərbağça"nın yeni baş məşqçisi məlum olub
21:37 16 İyun 2017
28 İdman
Ölkə mətbuatı
A- A+

"Fənərbağça"da gözlənilən təyinat rəsmiləşib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbul nəhəngini bundan sonra Aykut Kocamanın çalışdıracaq.

Klubdan verilən rəsmi açıqlamada köhnə-yeni baş məşqçi ilə 2 ilik müqavilə imzalandığı qeyd edilib.
 
Kocaman 2010-2013-cü illər aralığında da bu komandada baş məşqçisi olub. Son mövsümdə isə o, "Konyaspor"a rəhbərlik edirdi.
 
Qeyd edək ki, "Fənərbağça"nı geridə qalan mövsümdə Dik Advokat çalışdırırdı. Hollandiya yığmasından təklif alan mütəxəssis mövsüm bitən kimi istanbullularla yollarını ayırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555067.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR