Erkan Özoral: "Dağlıq Qarabağdakı ədalətsizliyə son qoymaq lazımdır"

Erkan Özoral: "Dağlıq Qarabağdakı ədalətsizliyə son qoymaq lazımdır"
22:32 16 İyun 2017
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ "Bizim qəlbimizdə bir qapanmayan yara var, bu da Dağlıq Qarabağ münaqişəsidir".
"Report"un məlumatına görə, bunu Azərbaycan jurnalistləri üçün təşkil olunan iftar süfrəsində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, bu gün İraq, Suriya kimi yerlərdə bir çox ədalətsizliklər davam edir. Amma Dağlıq Qarabağda ədalətsizlik uzun müddətdir mövcuddur: "Bunu sona çatdırmaq lazımdır. Bu ədalətsizlik bitməyincə, regionda sabitlik olmaz. Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq. O gün mütləq gələcək ki, məsələ də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq" .

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/turkiyenin-azerbaycandaki-sefiri-dagliq-qarabagda-edaletsizlik-uzun-muddetdir-movcuddur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR