Bolqarıstan SOCAR-la danışıqlara başladı - "Balkan"la bağlı

Bolqarıstan SOCAR-la danışıqlara başladı - "Balkan"la bağlı
22:57 16 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bolqarıstanın "Bulqartransqaz" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Balkan" qovşağına qaz tədarükünün həcmi barədə danışıqlara başlayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov deyib.

Nazir müavini qeyd edib ki, Bolqarıstan şirkəti "Şahdəniz 2" yatağının azad ehtiyatlarının istifadəsi barədə danışıqlar aparır. Onun sözlərinə görə, danışıqlar hələlik başlanğıc mərhələdədir.

Qeyd edək ki, Xəzər regionundan gələn qaz Bolqarıstana bu ölkə ilə Yunanıstan arasındakı yeni IGB qaz kəməri vasitəsilə çatdırılacaq.

Layihənin dəyərinə gəldikdə isə, J.Stankovun sözlərinə görə, o, 240 milyon avro dəyərində ölçülür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/555081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR