"Heyətini Messinin müəyyənləşdirməsi böyük yalandır"

"Heyətini Messinin müəyyənləşdirməsi böyük yalandır"
23:27 16 İyun 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin yarımmüdafiəçisi Xavyer Pastore baş məşqçinin Messinin istəyi ilə hesablaşması barədə söz-söhbətlərə münasibət bildirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, PSG-nin futbolçusu bunu "böyük yalan" adlandırıb.

"Millidə baş məşqçinin seçdiyi futbolçular oynayır. Qərarı onun özü qəbul edir. Komandada dostlar deyil, ən yaxşı oyunçular çıxı şedir. Milliyə Messinin dostlarının dəvət alması böyük yalandır. Ümid edirik ki, bu uydurma mümkün qədər tez unudulacaq".

İdman nəşrləri dəfərlərlə Argentina millisində Messinin söz sahibi olduğu və hansı futbolçuların dəvət olunmasını müəyyən etdiyi bardə xəbərlər tirajlayıb. Mauro İkardinin "İnter"də məhsuldar oynamasına rəğmən uzun müddət milliyə çağrılmaması da Messi amili ilə izah olunurdu. Belə ki, Leo İkardi ilə düşmən münasibətində olan Maksi Lopezin yaxın dostudur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/555009.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR