Türkiyə sahillərində 76 qanunsuz miqrant saxlanılıb

Türkiyə sahillərində 76 qanunsuz miqrant saxlanılıb
23:47 16 İyun 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Türkiyənin Sahil Mühafizəsi Egey dənizində keçirdiyi patrul xidməti zamanı Əfqanıstan, Pakistan və Somalidən olan 76 qaçqını saxlayıb.
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.
Xəbərdə bildirilir ki, qaçqınlar Çatal adası yaxınlığında, "Sargona" yaxtasında aşkar ediliblər. Qaçqınlar qeyri-leqal yolla Yunanıstan sahillərinə çıxmağa çalışıblar.
Saxlanılanlar arasında həmçinin Gürcüstanın 3 vətəndaşı da olub. Onlar miqrantların Türkiyədən Yunanıstana qanunsuz daşınmasını təşkil ediblər.




Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-sahillerinde-76-qanunsuz-miqrant-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR