Pentaqon İŞİD liderinin öldürülməsi xəbərini təsdiqləməyib

Pentaqon İŞİD liderinin öldürülməsi xəbərini təsdiqləməyib
00:42 17 İyun 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ ABŞ-ın Müdafiə Nazirliyi İŞİD terror qruplaşmasının rəhbəri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi xəbərini təsdiqləməyib.
"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə Pentaqonun təmsilçisi bildirib.
"İndi bizdə bu xəbəri təsdiqləmək üçün heç nə yoxdur" – deyə o qeyd edib. Bununla yanaşı, ABŞ rəsmisi bildirib ki, əgər bu təsdiqlənsəydi, Pentaqon şad olardı.
Qeyd edək ki, İŞİD liderinin hava zərbəsi ilə məhv edilməsi xəbərini iyunun 16-da Rusiyanın Müdafiə Nazirliyi yayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pentaqon-i-si-d-liderinin-oldurulduyunu-tesdiqlemeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR