"Nə demək istədiyini başa düşmürəm" -

Rusiya Xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi Reks Tillersonun Rusiya-Türkiyə münasibətləri haqqındakı fikirlərinə münasibət bildirib.

Metbuat.az-ın məlumatına görə, Lavrov Tillersonun məqsədini anlamadığını deyib:

"Tillersonun Rusiya və Türkiyə arasındakı yaxınlaşmadan narahatlıq duyduğu haqqındakı fikirlərini oxuyanda təəccübləndim. Nə demək istədiyini başa düşmürəm. Rusiya və Türkiyə iki qonşu dövlətdir. Biz "soyuq" periodu artıq geridə qoymuşuq və əməkdaşlığımız gündən-günə güclənir.

ABŞ-ı narahat edən hər mövzu ilə bağlı fikrimizi bəyan etməyə hazırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR