63 yaşlı müəllimə model oldu - FOTOLAR

63 yaşlı müəllimə model oldu - FOTOLAR
01:38 17 İyun 2017
107 Şou
Ölkə mətbuatı
A- A+

Həyatın sizi harada, nə zaman hansı sürprizlərlə qarşılaşdıracağını təxmin belə edə bilməzsiz. Universitetdə müəllim işləyən 63 yaşlı qadının həyatı elə bir gündə dəyişdi.

Publika.az xəbər verir ki, Fordham Universitetinin 63 yaşlı professoru Layn Slater bir anda moda ikonasına çevrilib. O, Nyu Yorkda keçirilən moda həftəsinin yaxınlığındakı kafedə nahar edərkən kameraların obyektivinə tuş gəlib.

63 yaşında kəşf edilən moda ikonası Layn bu gün artıq bir neçə məşhur brendin simasıdır.

63 yaş ona daha da stimul verir. Son günlərdə dəbdə olan modelyerlərdən qat-qat daha yaxşı olduğunu sübut edib.

63 yaşlı Layn deyir ki, modanı təqib etməyin yaşla heç bir əlaqəsi yoxdur. Xanımlar hər yaşda gözəl olmağın sirrini axtarır. Buna görə də, dəbi yaxından izləyən xanımlar hər zaman çəkici və diqqət mərkəzində olur.

Layn Slaterin yaşı və görünüşü ilə bağlı maraqlı fotoları sosial şəbəkədə paylaşıldıqdan sonra o, bu sektorda adı keçən sayılı şəxslərdən birinə çevrilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/202877.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR