ABŞ-ın Tacikistandakı səfirliyi terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

ABŞ-ın Tacikistandakı səfirliyi terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib
04:07 17 İyun 2017
71 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ ABŞ-ın Tacikistandakı səfirliyi terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
"Report"un xəbərinə görə, bununla bağlı diplomatik nümayəndəliyin məlumatında bildirilir.
Qeyd olunur ki, ehtimal edilən terror təhlükəsi həm də ABŞ-ın maraqlarına qarşı yönəlib. "Son vaxtlar Tacikistana heç bir qruplaşma tərəfindən hücumun olmamasına baxmayaraq təhlükə qalmaqdadır və bu, son 6-12 ay ərzində böyüyə bilər" – deyə səfirliyin yaydığı xəbərdə vurğulanır.
Diplomatların məlumatına görə, bir neçə terror qruplaşması Tacikistan ərazisində Amerikanın maraqlarına və səfirliyinə qarşı hücum planlaşdıra bilər. Səfirlik bununla əlaqədar öz vətəndaşlarına Əfqanıstan sərhədlərinə yaxınlaşmamağı və insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa çağırıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-in-tacikistandaki-sefirliyi-terror-tehlukesi-ile-bagli-xeberdarliq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR