Rusiyada Konfederasiyalar Kuboku başlanır

Rusiyada Konfederasiyalar Kuboku başlanır
07:42 17 İyun 2017
53 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 16 iyun. REPORT.AZ/ Bu gün Rusiyada futbol üzrə Konfederasiyalar Kubokuna start veriləcək. "Report"un məlumatına görə, sayca 8-ci dəfə keçiriləcək yarış 2018-ci il dünya çempionatı öncəsi yoxlama xarakteri daşıyır.
Oyunlar gələn il mundialı qəbul edəcək stadionlarda təşkil olunacaq. Konfederasiyalar Kubokuna ümumilikdə 8 ölkə qatılıb. Bunlar təşkilatçı ölkə Rusiya, 2014-cü ilin dünya çempionu Almaniya, 2015-ci il Asiya Kubokunun qalibi Avstraliya, Amerika Kubokunun sahibi Çili, "Gold Cup 2013" və "Gold Cup 2015"in sahibləri arasındakı oyunun qalibi Meksika, 2016-cı il Okeaniya Kubokunun qalibi Yeni Zelandiya, 2016-cı ilin Avropa çempionu Portuqaliya və 2017-ci il Afrika Millətlər Kubokunun qalibi Kamerun yığmalarıdır. Rusiya, Portuqaliya və Çili ilk dəfə iştirak edəcək. Oyunlar Moskvadakı "Spartak", Soçidəki "Fişt" stadionlarında, eləcə də Sankt-Peterburq və Kazandakı eyniadlı arenalarda keçiriləcək.
Püşkə əsasən, Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika A qrupunda, Kamerun, Çili, Avstraliya və Almaniya B qrupunda yer alıb. 
Turnirin təqvimi:
A qrupu
17 iyun
19:00. Rusiya – Yeni Zelandiya
Baş hakim: Vilmar Roldan (Kolumbiya)
"Sankt Peterburq Arena"
18 iyun
19:00. Portuqaliya – Meksika
"Kazan Arena"
21 iyun
19:00. Rusiya – Portuqaliya
"Spartak" stadionu
22:00. Meksika – Yeni Zelandiya
"Fişt" stadionu
24 iyun
19:00. Meksika – Rusiya
"Kazan Arena"
19:00. Yeni Zelandiya – Portuqaliya
"Sankt Peterburq Arena"
B qrupu
18 iyun
22:00. Kamerun – Çili
"Spartak" stadionu
19 iyun
19:00. Avstraliya – Almaniya
"Fişt" stadionu
22 iyun
19:00. Kamerun – Avstraliya
"Sankt Peterburq Arena"
22:00. Almaniya – Çili
"Kazan Arena"
25 iyun
19:00. Almaniya – Kamerun
"Fişt" stadionu
19:00. Çili – Avstraliya
"Spartak" stadionu
Yarımfinal
28 iyun

1. 22:00. A qrupunun qalibi – B qrupunun ikincisi. "Kazan Arena"
29 iyun
2. 22:00. B qrupunun qalibi – A qrupunun ikincisi. "Fişt" stadionu
3-cü yer uğrunda
2 iyul
16:00. 1-ci cütün məğlubu – 2-ci cütün məğlubu. "Spartak" stadionu
FİNAL
2 iyul
22:00. 1-ci cütün qalibi – 2-ci cütün qalibi. "Sankt Peterburq Arena"
Qeyd edək ki, əvvəlki 7 Konfederasiyalar Kubokunda Braziliya 4 dəfə qalib olub. Bunlardan birincisi ilk (1997), qalanları isə son 3 (2005, 2009, 2013) turnirə təsadüf edib. 2001 və 2003-cü illərdə kuboku Fransa, 1999-cu ildə isə Meksika qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/dc-2018/rusiyada-konfederasiyalar-kuboku-baslanir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR