Bakıda sürücü ər-arvadı vuraraq hadisə yerindən qaçıb

Bakıda sürücü ər-arvadı vuraraq hadisə yerindən qaçıb
08:32 17 İyun 2017
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Bakıda ər-arvadın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Qaraçuxur qəsəbəsində minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü İbrahimov Pərviz Ədil oğlunu və həyat yoldaşı, 1985-ci il təvəllüdlü Abbasova Talehə Məhəmməd qızını vurub. Nəticədə hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
P. İbrahimov polisə ilkin ifadəsində onların "Opel" markalı avtomobil tərəfindən vurulduğunu bildirib.
Qeyd edək ki, hadisəni törətmiş sürücü ərazidən qaçıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-surucu-er-arvadi-vuraraq-hadise-yerinden-qacib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR