Bakıda 46 yaşlı kişi baldızları və xalaları tərəfindən döyülüb

Bakıda 46 yaşlı kişi baldızları və xalaları tərəfindən döyülüb
08:47 17 İyun 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Bakıda döyülmə hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Qənbər Vəzirov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə dava ilə sonuclanıb. Nəticədə 1971-ci il təvəllüdlü Yusifov Rasim Həşim oğlu baldızları və xalaları tərəfindən döyülüb.
O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-46-yasli-kisi-baldizlari-ve-xalalari-terefinden-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR