Çavuşoğlu Səudiyyə kralı ilə görüşdü

Çavuşoğlu Səudiyyə kralı ilə görüşdü
09:43 17 İyun 2017
31 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanına səfəri zamanı kral Salman bin Əbdüləziz Al Səud ilə görüşüb.

Publika.az "Anadolu"ya istinadən verdiyi xəbərə görə, görüş zamanı tərəflər Qətər böhranını və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR