Ağsuda 39 yaşlı qadın özünü öldürmək istədi

Ağsuda 39 yaşlı qadın özünü öldürmək istədi
09:52 17 İyun 2017
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda ailə üzvlərindən biri ilə mübahisə edən qadın dərman içərək özünü öldürmək istəyib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. 
Rayonun Qarabaşlı kənd sakini, 1978-ci il təvəllüdlü Elnarə Mirzə qızı Abdullayeva dərman preparatları qəbul edərək həyatına qəsd etmək istəyib.

Ailə üzvləri E.Abdullayevanın vəziyyətinin ağır olduğunu görərək dərhal əraziyə təcili yardım briqadası çağırıb. Xəstə ilkin tibbi yardım maşını vasitəsi ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. 

Xəstəxanadan "Report"a bildiriblər ki, Reanimasiya şöbəsinə yerləşdirilən xəstəyə lazımi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/555125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR