Səfir Trampa sataşdı - "Twitter"də

Səfir Trampa sataşdı - "Twitter"də
09:58 17 İyun 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Kubanın ABŞ-dakı səfiri Xose Ramon Kabanyas Trampı əsəbləşdirmək üçün özünün "Twitter"ində ona sataşıb.

"Report"un məlumatına görə, bu barədə "Hill" nəşri xəbər verib.

"Kuba. İndi onun ABŞ-ın xarici siyasətinin düşməni olması rəsmiləşdirilib. Ehtiyatlı olun" – deyə səfir yazıb və yazısını turistlərin fotoları ilə birlikdə paylaşıb.

Qeyd edək ki, səfirin yazısı sonradan silinib. Lakin nəşr onun surətini paylaşıb.

ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanın Kuba ilə siyasəti normallaşdırmaqla bağlı "səhv" siyasətinin ləğv etdiyini bildirib. Bu, Kuba hökuməti tərəfindən kəskin narazılıqla qarşılanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202895.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR