"Qəbələ"nin keçmiş futbolçusu Rusiya klubu ilə müqavilə bağlayıb

"Qəbələ"nin keçmiş futbolçusu Rusiya klubu ilə müqavilə bağlayıb
10:27 17 İyun 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ "Qəbələ" klubunun keçmiş futbolçusu Mixail Sivakov özünə yeni komanda tapıb. "Report"un məlumatına görə, Belarus yığmasının müdafiəçisi  karyerasını Rusiya Premyer Liqasında mübarizə aparan "Amkar"da davam etdirəcək. 
29 yaşlı oyunçu ilə 2 illik müqavilə bağlanılıb. O, Perm komandasına "Orenburq"dan keçib. 
Qeyd edək ki, Mixail Sivakov "Qəbələ"də 2014-2015 mövsümünün ikinci yarısında çıxış edib. Mərkəz müdafiəçisi 12 oyunda forma geyinib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/qebele-nin-kecmis-futbolcusu-rusiya-klubu-ile-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR