36 yaşlı qadın dünya rekordunu yenilədi - 90 metr yüksəklikdə dişindən asılı qaldı - VİDEO - FOTO

36 yaşlı qadın dünya rekordunu yenilədi - 90 metr yüksəklikdə dişindən asılı qaldı - VİDEO - FOTO
10:47 17 İyun 2017
Ölkə mətbuatı
A- A+

Niaqara şəlaləsindən 90 metr yüksəklikdə çəkilən görüntülər izləyənləri heyrətləndirir.

Milli.Az "Mirror"a istinadla bildirir ki, görüntülərdə qadının şəlalənin 90 metr hündürlüyündə havada dayanan helikopterdən, sadəcə, dişindən asılması əks olunub.

Erendira Vallenda, qorxusuz Nik Vallendanın həyat yoldaşı, iki dəfə dişindən asılaraq etdiyi bu hərəkətlə əri tərəfindən qırılan rekordu yeniləyib.

36 yaşlı akrobat halqanın içərisində maraqlı hərəkətlər edib. Görüntüləri onun helikopterdəki əri çəkib.

O, asılı qaldığı 10 dəqiqənin 7-ni maraqlı hərəkətlər etməklə keçirib.

Rekordu yenilədikdən sonra mətbuat konfransı keçirən Erendira bildirib ki, yaşadığı anlar, bir sözlə, möhtəşəm idi.

Qeyd edək ki, onun əri 2011-ci ildə "Silver Dollar City"də 76 metr hündürlükdə dişindən asılı qalaraq rekord qırmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

36 yaşlı qadın dünya rekordunu yenilədi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/555135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR