Ağcabədidə avtomobil körpüdən su kanalına düşüb

Ağcabədidə avtomobil körpüdən su kanalına düşüb
10:52 17 İyun 2017
156 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 17 iyun. REPORT.AZ/ Ağcabədidə minik maşını Qarabağ su kanalına düşüb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Təzəkkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ 21011" markalı avtomobilidarə etməni itirərək körpüdən aşıb və su kanalına düşüb.
Hadisə zamanı sürücü Məmmədov Seymur İnqilab oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobil xüsusi texnika vasitəsi ilə su kanalından çıxarılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-avtomobil-korpuden-su-kanalina-dusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR