AFFA Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib

AFFA Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib
10:57 17 İyun 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) qurumun ilk prezidenti Fuad Musayevin vəfatı ilə əlaqədar başsağlığı verib. 
"Report"un məlumatına görə, başsağlığı mətni milli assosiasiyanın rəsmi saytında yerləşdirilib. 
Mətndə deyilir: "AFFA rəhbərliyi ölkə futbol ictimaiyyəti adından AFFA-nın sabiq prezidenti Fuad Musayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Fuad Musayev 1992 - 2003-cü illərdə AFFA-nın prezidenti olub. O, ötən gün Rusiyanın paytaxtı Moskvada 79 yaşında ikən vəfat edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/affa-fuad-musayevin-vefati-ile-elaqedar-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR