ABŞ gəmisi yük gəmisi ilə toqquşdu: xəsarət alan və itkin düşənlər var - FOTO/VİDEO

ABŞ gəmisi yük gəmisi ilə toqquşdu: xəsarət alan və itkin düşənlər var - FOTO/VİDEO
10:58 17 İyun 2017
38 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyanın Yokosuka şəhəri yaxınlığında ABŞ esminesi ticarət gəmisi ilə toqquşub.

Publika.az xəbər verir ki, ABŞ Hərbi-Dəniz Qüvvələrindən verilən məlumata görə ABŞ-a məxsus “USS Fitzgerald” esminesi ilə Filippinə məxsus “ACX Crystal” yük gəmisinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb, 7 nəfər itkin düşüb.

Məlumata görə hadisə yerli vaxtla 02:30-da Yaponiyanın Yokosuka şəhərinin 103 km cənub-qərbində baş verib.

Qəza nəticəsində itkin düşən 7 ABŞ hərbçisinin axtarışına 5 zirehli kater və aviasiya dəstəsi cəlb olunub.

İlkin məlumatlara görə, yaralılardan biri “USS Fitzgerald” esminesinin kapitanıdır. Yaralılar təcili olaraq ABŞ Hərbi-Dəniz Qüvvələrinin hospitalına yerləşdirilib.

Gəmidəki ekipajın sağlam şəkildə təxliyəsi ilə bağlı işlərin davam etdiyi və hadisə ilə bağlı araşdırmanın başlandığı bildirlib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/202903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR