Biləsuvarda yanğın olub: uşaq ölüb, ananın vəziyyəti ağırdır

Biləsuvarda yanğın olub: uşaq ölüb, ananın vəziyyəti ağırdır
11:02 17 İyun 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 iyun. REPORT.AZ/ Biləsuvar şəhərində evdə yanğın olub, ana və uşağı yanıb. “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyunun 16-da saat 17 radələrində Biləsuvar şəhərində Natiq Aslanova məxsus evdə yanğın baş verib.
Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti alan N.Aslanovun arvadı Gülnar Məmiyeva və oğlu, 8 yaşlı Ümid xəstəxanaya yerləşdiriliblər. Uşaq orada ölüb, G.Məmiyevanın vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-yangin-olub-usaq-olub-ananin-veziyyeti-agirdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR